Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

24 İyul 2022 16:49 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 187 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 448, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 106, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 361, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 272 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 805 231, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 364 362, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 106, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 330 717, pozitiv nəticədən sonra buster doza olunanların sayı 253 046 təşkil edir.