Ceyranbatan su kanalında gənc oğlan batıb

24 İyul 2022 09:20 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən SİA-ya bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.