Rusiyada ötən gün ərzində 2 753 hektar ərazidə 55 meşə yanğını söndürülüb.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Meşələrin Mühafizəsi üzrə Federal Agentlik məlumat verib.
Qeyd edilib ki, ötən gün ərzində yanğınsöndürmə işləri 18 regionda davam edib. Son saata olan məlumata görə, Federasiya ərazisində 33 126 hektar sahədə 100 aktiv meşə yanğını davam edir. Ən ağır vəziyyət Xabarovsk vilayətindədir.