"Real Madrid" futbolçusu ilə müqaviləni uzadır

23 İyul 2022 13:05 (UTC+04:00)

İspaniya "Real Madrid"i futbolçusu Eder Militau ilə yeni müqavilə imzalayacaq. SİA-nın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tviter hesabında paylaşım edib.

O, tərəflər arasında ilkin razılığın əldə olunduğunu və braziliyalı müdafiəçinin sözləşməsinin 2028-ci ilin yayınadək uzadılacağını açıqlayıb.

Qeyd edək ki, 24 yaşlı arxa xətt oyunçusu ötən mövsüm "kral klubu"nda ümumilikdə 50 görüş keçirib. O, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.