Putin Şavkat Mirziyoyevi “Aleksandr Nevski” ordeni ilə təltif edib

23 İyul 2022 11:39 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevi “Aleksandr Nevski” ordeni ilə təltif edib. SİA TASS-a istinadən xəbər verir ki, bununla bağlı Putin müvafiq fərman imzalayıb.

Şavkat Mirziyoyev Rusiya ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə “Aleksandr Nevski” ordeni ilə təltif olunub.