Qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

23 İyul 2022 09:27 (UTC+04:00)

Bakıda qətl törətməkdə təqsirləndirilən Asəf Cəfərzadənin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. SİA-nın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il fevralın 8-də Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb.

1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tanışı, 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.