Şabranda velosipedçini avtomobil vuraraq öldürüb

23 İyul 2022 09:12 (UTC+04:00)

Şabranda ölümlə nəticələnən yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, Asim Qurbanov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə velosipedçini vurub.

Zərərçəkən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.