Braziliya Rusiya əleyhinə sanksiyalara qoşulmayacaq

23 İyul 2022 04:17 (UTC+04:00)

Braziliya prezidenti Jair Bolsonaro ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

“Biz bu iqtisadi sanksiyaları dəstəkləməyəcəyik, tarazlığı qoruyacağıq. Əgər biz bunu balanslaşdırmasaydıq, sizcə, Braziliyanın ehtiyac duyduğu gübrəni necə əldə edə bilərdik?”, – Bolsonaro əlavə edib.