Helikopter qəzaya uğrayıb, iki nəfər ölüb

23 İyul 2022 03:24 (UTC+04:00)

ABŞ-ın Aydaho ştatının dağlıq bölgəsində “CH-47 Chinook” helikopteri qəzaya uğrayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə sözügedən helikopter meşə yanğınını söndürmək üçün havaya qalxıbmış.

Xilasedicilər dərhal helikopterin qəzaya uğradığı yeri müəyyənləşdirib və hər iki pilotu xəstəxanaya çatdırıblar. Buna baxmayaraq, pilotların həyatını xilas etmək mümkün olmayıb.

Qəzanın səbəbi məlum deyil.

Əli Babayev