Şekspirin kitabı 2,5 milyon dollara satılıb

23 İyul 2022 02:24 (UTC+04:00)

Şekspirin kitabı 2,5 milyon dollara satılıb.

AZƏRTAC xəbər verir ki, Uilyam Şekspirin pyeslərinin ilk dəfə toplu olaraq nəşr olunduğu “The First Folio” kitabı “Sothebys” hərrac evinin qiymətli kitab auksionunda 2 milyon 470 min dollara alıcı tapıb

Hərraca çıxarılan digər qiymətli sənədlər arasında “Müstəqillik Bəyannaməsi”nin Massaçusets ştatının rəsmi nəşrinin əvvəllər qeydə alınmamış nüsxəsi rekord qiymətə - 2 milyon 228 min dollara satılıb.