Türkiyənin İraqdakı hərbi bazası raket atəşinə tutulub

23 İyul 2022 01:18 (UTC+04:00)

İraqın şimalındakı Neyva əyalətində yerləşən Türkiyənin Zlikan hərbi bazası raket atəşinə tutulub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Əl-Sumariya” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hərbi baza istiqamətində 3 raket atılıb.

Xatırladaq ki, iyulun 20-də İraqın şimalındakı Zaxo kurort şəhərinin atəşə tuultması nəticəsində 9 nəfər həlak olub, daha 33 nəfər yaralanıb.