Braziliyada Polis cinayət dəstələrinə qarşı əməliyyat başladıb

22 İyul 2022 22:42 (UTC+04:00)

Braziliyanın Rio de Janeyro şəhərində təhlükəsizlik qüvvələrinin cinayət təşkilatlarına qarşı təşkil etdiyi əməliyyatında onlarla adam həyatını itirib.

SİA-nın Türkiyənin TRT telekanalından əldə etdiyi məlumata görə, təhlükəsizlik qüvvələri Rio-de-Janeyronun şimalında “Favela” kimi tanınan məhəllədə əməliyyat başladıb. Səlahiyyətlilərin açıqlamalarına görə əməliyyatda indiyədək cinayət dəstələri üzvü olduqları müəyyən edilən 18 nəfər öldürülüb.

Mayın 24-də eyni bölgədə keçirilən əməliyyatda dəstə üzvü 11 nəfər həyatını itirib.