Erməni terroru dünya üçün təhlükədir TƏHLİL

22 İyul 2022 14:48 (UTC+04:00)

Bunu mövcud faktlar da sübut edir

Tam qətiyyətlə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının adlarının əbədləşdirilməsi, onların fəaliyyətlərinə qiymətin verilməsi məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədə qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdı. Ali Sovetin Sədri seçildikdən sonra Dahi Öndərimiz Heydər Əliyev AXC barədə demişdir: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə,dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm. Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir”.

Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılacağı və inkişaf etdiriləcəyi ilə bağlı verdiyi bu vədini praktik olaraq gerçəkləşdirmiş, sabit dövlətçilik ənənələri yaratmış, respublikamızı davamlı inkişaf yoluna çıxarmış lider kimi xalqının qəlbində yaşayır və rəğbətlə anılır. Bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı arzuları Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın daxili və xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

Ermənilər Cənubi Qafqaza köçürülmüş etnosdur

Uzun illər regionda siyasi arbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycanın müstəqil siyasət yeritməsinin ən mühüm göstəricisi kimi vurğulana bilər. “Müstəqillik o deməkdir ki, ölkə tam şəkildə müstəqil siyasət apara bilsin. Ölkələr var ki, müəyyən səbəblərə görə müstəqil siyasət aparmaq iqtidarında deyildir, haradasa imkanları yoxdur, haradasa tədbirlər görülməyibdir. Azərbaycan bu baxımdan ayaq üstə çox möhkəm dayanan ölkədir. Bizim vəzifəmiz, borcumuz, bütün Azərbaycan xalqının borcu ondan ibarətdir ki, bu müsbət meyilləri daha da möhkəmləndirək” - deyə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə bağlı keçirilən təntənəli mərasimdə vurğulamışdır. Bu gün dünyada gedən mürəkkəb, ziddiyyətli proseslərə baxmayaraq, ölkə vətəndaşları əmindirlər ki, Prezident İlham Əliyevin yeritdiyi siyasət respublikanın müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirəcək, onun inkşaf etmiş ölkələr sırasına yüksəlməsini təmin edəcəkdir. Rusiya imperiyası Cənubi Qafqazda qüvvətlənmək və özünün gələcək işğalçılıq planlarını reallaşdırmaqdan ötəri imzalanmış Türkmənçay və Ədirnə müqaviləsinin şərtlərinə görə erməniləri tez bir vaxtda İran və Osmalı imperiyası ərazisindən bütöv şəkildə Şimali Azərbaycan ərazisinə köçürməyə başladı. Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə Rus çarizmin təkidi ilə İran ərazisində yaşayan ermənilər tam şəkildə Azərbaycan ərzisinə köçürülməsi rəsmiləşdirildi. 1829-cu il sentyabrın 2-də Osmanlı ilə Rusiya arasında imzalanmış Ədirnə sülhünün 13-cü maddəsinə görə Osmanlı torpaqlarında yaşayan ermənilərin hamılıqla Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi. Ermənilərin bu ərazinin yerli əhalisi deyil, gəlmə olduqlarını başqa xristian qaynaqları ilə yanaşı erməni mənbələri də sübut edir.

Ermənilər həm də istifadə edilən toplumdur

Türkmənçay müqaviləsinin təsdiq edilməsinin (1828-ci il 20 mart) ertəsi günü Rus çarı Nikolay “Erməni vilayəti” yaradılması barədə fərman verdi. 1827-ci ilin mayında Rus generalı Paskeviç Xüsusi tələbnamə əsasında ermənilər içində nüfuza malik olan polkovnik Lazaryevi (Qararos Lazaryan) öz sərənacmına alınması ilə köçürülmənin hazırlıq işlərinə başlandı. O, 1827-ci il oktyabrın 19-da Təbrizə komendant təyin edildi. Rus ordularının Təbrizə hücumu zamanı (13 oktyabr) Lazarevin çağırışından riqqətə gələn ermənilər yenə də xəyanət edərək Təbrizin darvazalarını rus ordularının üzünə açdılar. Köçürülən kasıb erməni ailələrinə kömək etmək üçün Rus dövlətinin xəzinəsindən 25 min rubl gümüş pul ayrılmışdı. 1828-ci il 26 may tarixli Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən raportda bildirilirdi: “Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyyətlə aparılır. Artıq Qarabağda 279, İrəvan vilayətində 948 ailə məskunlaşdırıldı. Polkovnik Lazarevin vədinə görə köçənlərin sayı 5 min ailəyə çatdırılmışdı. İ.Şopenin yazdığına görə İrandan köçürülən ermənilərdən yalnız 366 ailə (1715 nəfər) İrəvan şəhərinin özündə, 265 ailə (1110 nəfər) Naxçıvan şəhərinin özündə və 36 ailə (182 nəfər) isə Ordubad ərazisində məskunlaşdırıldı. Xaricdən köçürülən ermənilər İrəvan əyalətinin119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirildi. Beləliklə, İrəvan əyalətində 4559 (23568 nəfər), Naxçıvan ətrafında 2137 (10652 nəfər), Ordubad dairəsində 250 (1340 nəfər) erməni ailəsi yerləşdirildi. Nəticədə qondarma “Erməni Vilayətinə” 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Rusiya çarizmin xəzinəsindən 14000 manat qızıl, 400 manat gümüş pul xərcləmişdi. Məsələn, rus tədqiqatçısı N.Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan əyalətində məskunlaşdığını yazır. 1829-cu ilin avqustunda rus qoşunları Balkan ətrafından İstanbula hücuma keçdikdə II Sultan Mahmud Rusiya dövlətinə barışıq təklif etdi. Hər iki dövlət arasında 1829-cu il sentyabrın 2-də Ədrinə sülhü bağlanıldı. Hər iki dövlətin sərhədinə görə Axılkələk qalası və Axıska şəhəri Rusiyaya birləşdirildi. Ədrinə sülhünün 13-cü maddəsinə əsasən, Türkiyənin işğal edilmiş ərazilərindəki ermənilər 18 ay müddətində daşınan əmlakları ilə bərabər Rusiya təbəəliyinə keçmək hüququ verilmişdir. Bir qədər sonra M.Vladikin ermənilərin bu əraziyə köçürülməsi haqqında yazırdı: “İrəvan quberniyasında yaşayan ermənilərin 1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”. Hesabla Komissiyanın sayına görə, Osmanlı dövləti torpaqlarından 84 mindən çox erməni və yunan köçürüldüyü məlum olur. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş Əlahəzrətin buyuruğunda Türkiyə vilayətindən köçürülmüş xristianlar, yəni erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380min gümüş pul Rus dövlətindən ayrıldığı bildirildi. İ.Şopenin apardığı aiyahıyaalmanın nəticələrinə görə, 1828-1829-cu illər Rus-Türk müharibəsindən sonra “Erməni vilayəti” nə Türkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürd köçürülmüşdür. İ.Şopenin 20-ci ildən ibarət əlyazmasında siyahıyaalmanın nəticələri 1852-ci ildə çap edilən “Erməni Vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi”ndə müharibədən sonra “Erməni Vilayəti”ndə mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Siyahıyaalmanın nəticələrinə görə, köçürülməyədək vilayətdə 81749 nəfər müsəlmanın isə 25151 nəfər erməni qeydə alınmışdı. 1832-ci il siyahıyaalınmasına görə, İrəvan əyalətindəki kəndlərdən 463-də müsəlmanlar (Azərbaycan türkləri), 98-də ermənilər, 63 kənddə isə azərbaycanlılar və ermənilər qarışıq yaşayırdılar. Beləliklə, erməni köçkünlər boşaldılmış 126 azərbaycanlı kəndində, azərbaycanlıların yaşadığı 70 kənddə, 22 qarışıq və 47 erməni kəndində məskunlaşmışdı.

N.Şavrov yazırdı ki, rəsmi köçürülən 124 min nəfər erməni ilə yanaşı, qeyri-rəsmi şəkildə köçənlərdə çox olmuşdur və ümumiyyətlə köçürülənlərin sayı 200 min nəfərdən xeyli artıqdır. N. Şavrov qeyd edir ki, XIX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1.300.000 erməninin bir milyondan çoxu yerli əhali deyil, onları bura biz köçürüb gətirmişik. XIX əsrin 20-30-cu illərindən başlayaraq Cənubi Qafqazın etnik xəritəsində yeni toplum erməni toplumu peyda oldu.1988-ci ildə azərbaycanlıların keçmiş İrəvan xanlığı ərazisindən-indiki Ermənistan adlanan bölgədən deportasiyası başa çatdı.

Azərbaycan toponimləri tamamilə “erməniləşdirilir”

Azərbaycan toponimləri tamamilə “erməniləşdirilir”. Belə demək olar ki, ermənilər özlərinə saxta “tarix” yaradırlar. Tarixi həqiqət buna deməyə lazım bilir ki, ermənilər Cənubi Qafqaza gəlmə-köçürülüb gətirilmə etnosudur. Onların əcdadları hesab olunan tayfalar təqribən e.ə. I minilliyin ortalarında Fərat çayının yuxarılarında peyda olmuşlar. Onlar bu əraziyə Balkan yarımadasından köçüb gəlmişlər. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan çox azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan adlanan ərazisində 521 türk mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir. Ermənistan AS-nin 1991-ci il 9 aprel fərmanı ilə azərbaycanlılara məxsus 90 məntəqənin adı dəyişdirilib. Ümumiyyətlə, son dövrədək 667 toponim dəyişdirilmiş 1918-ci il mayın 29-da Azərbyacan Xalq Cumhuriyyəti xalqın iradəsini nəzərə tutmadan, güclü dövlətlərin təzyiqi ilə öz ərazisində paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla erməni dövləti yaradılmasına razılıq verdi. Ermənilər və onların Moskvadakı himayəçiləri Azərbaycan dövlətinə qarşı gələcəkdə yeni ərazi iddiası sürmək üçün “zəmin” hazırladılar. Buna qismən də olsa nail oldular və 1923-cü ilin iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Nəticədə 1988-ci ildən bu qondarma vilayətdə erməni separatizmi baş qaldırdı ki, bunun acı nəticəsini 30 il Azərbaycan xalqı çəkməli oldu. Yalnız 44 günlük Vətən Müharibəsi ilə erməni terroru-separatizmi məhv edildi və qəsb edilən ərazilərimiz azadlığına qovuşdur.

Bəşəriyyətin rahatlığı erməni terrorunun tamamilə sıradan çıxarılmasından keçir

Tarixi həqiqət bunu deməyi əsas verir ki, ermənilər Cənubi Qafqaza köçürülüb gətirilmə etnosdur. Ermənilərin Qərbi Azərbaycan (indiki Ermənistan adlanan ərazi) torpaqlarına köçürülməsi və bu torpaqlarda onların gəlmə olmaları əzəli yurdlarının olmaması əsas səbəbdir. Rus çarizmin erməniləri köçürməkdə məqsədi İran və Türkiyə sərhədlərində möhkəmləndirilmiş xristian zolağı yaratmaq və həmin dövlətlərə qarşı gələcək işğallarda ermənilərdən yenə bir vasitə kimi istifadə etmək idi. XX əsrin əvvəllərində xarici ölkələrdən ermənilərin köçürülməsi, sayının bir milyona çatması bölgədə demokrafik vəziyyətin tamamilə dəyişməsinə gətirib çıxardı. Erməni daşnak avantüristlərinin “böyük Ermənistan" xülyasının həyata keçirmələri ilə bağlı yalançı təbliğatları Qafqaz bölgəsində milli qırğınların başlanmasına gətirib çıxardı. Bu qırğınlar 1905-1906-cı illərdə Bakı, Naxçıvan, İrəvan, Zəngəzur və Cənubi Azərbaycanda davam etmişdir.

Erməni terror təşkilatına qoşulmağa səslənən intibahnamələr yayılmağa başlamışdır. İntibahnamədə azərbaycanlıları ruslara qarşı birlikdə mübarizə etmək məqsədilə erməni terror təşkilatına qoşulmağa çağıran vərəqlər yayılırdı. Əgər təşkilata qarşı çıxılsaydı, hədə- qorxu gəlirdilər. Senator Kuzminski yazırdı: “Görünür, ermənilərin bu cür fitnəkar fəaliyyəti müsəlman dünyasında geniş yayılmışdır”. Ermənilərin hədələyici intibahnamələri və onlara müsəlmanların mənfi cavabları İskəndəriyyədə fars dilində çap olunan “Cohrənuma” jurnalının nömrəsinin birində dərc edilmişdir. 20- 21 fevral 1905 -ci ildə İranın müsəlman əhalisinə qarşı “Daşnaksutyun” beynəlxalq erməni terror təşkilatının idarə etdiyi erməni quldur qrupları özlərinin insanlığa yaraşmayan çıxışları ilə vəhşiliklər, qırğınlar törətmişlər. Dinc sakinlərin qəddarcasına öldürülməsi şahidləri dəhşətə gətirmişdir. O vaxtlar ” Kavqaz” rus qəzetinin yarısında bu qətilləri “Parisdə” və ya” Venesiyada” çap edilmiş erməni dərsliklərindən tərbiyə almış adamlar törətmişlər. Bu kitabların müəllifləri öz şagirdlərini bəşəriyyətə qarşı gələcək cinayətlərə sanki qabaqcadan proqramlaşdırırdılar. Adı çəkilən rus qəzetinə görə çap olunan həmin dərsliklərdə vurğulanırdı ki, tanrı erməni xalqını sivilizasiyanı və xristianlığı yaymaq üçün vasitəçi seçmişdir. Ümummilli Liderimiz Heydər Əliyev bu hadisəni belə qiymətləndirmişdir: "Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq dövlət siyasəti səviyyəsin qaldırırlar. Böyük humanist ideallara xidmət verən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənəviyyatına yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradır”.

11 may 1905-ci ildə Bakıda 5 erməni terrorçu Qafqaz xalqları arasında dostluq əlaqələri yaratmaq zəmində çıxış edən knyaz M.A.Nakasidzeni və Q.Takayşvilini qətlə yetirdilər. Elə hadisə baş verən gün general Alixanov da öldürülmüşdür. O dövrün məlumatına istinadən qatillərdən biri Dro ləqəbli Drastamat Kanayan idi. Bu hadisələrdən əvvəl Dro Zəngəzur bölgəsində müxtəlif erməni quldur dəstələrinin daxilində türklərə, kürdlərə, azərbaycanlılara qarşı qırğınlarda yaxından iştirak etmişdir. "Dasnaksutyun”un terrorçuları tərəfindən qətlə yetirilənlərin siyahısında göstərilir: "Qəza rəisləri Pavlov Nessanski, Boquslavski, vitse qubernator Andreyev, polkovnik Bukov və b. "Bütün bu kimi faktlar bir daha təsdiq edir ki, ermənilər bölgəyə köçürüldükləri gündən əsas fəaliyyətləri dinc insanları terror vasitəsi ilə qətlə yetirmək olub. Bu xislətləri üzərindən on illər keçsə də dəyişməyib. Bu gün də erməni terrorçuları dünyanın müxtəlif bölgələrində, o cümlədən Azərbaycanın ərazilərində terror aktları həyata keçirməyə çalışırlar. Düzdür 44 günlük Vətən müharibəsi ilə əksər terrorçu ermənilər məhv edildi, bir qismi isə Müzəffər Azərbaycan əsgəri tərəfindən həbs edilərək ədalət məhkəməsinə verildi ki, hazırda onlar öz layiqli cəzalarını çəkməkdədirlər. Təbii ki, yenə də terrora əl atacaqlarsa, yenə də ermənilər ciddi şəkil də cəzalanacaqlar. Yəni dəmir yumruğumuz yerindədir.

İ.ƏLİYEV