Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, indiyədək Rusiyanın 38 850 hərbçisi öldürülüb.
Bundan başqa, Rusiyanın 221 təyyarə, 188 helikopter, 1 704 tank, 3 912 zirehli döyüş maşını, 859 artilleriya qurğusu, 108 hava hücumundan müdafiə sistemi, 251 reaktiv yaylım atəş sistemi, 2 406 avtomobil texnikası vә 710 pilotsuz uçuş aparatı mәhv edilib.
Rusiya Müdafiә Nazirliyi martın 25-dә verdiyi bәyanatda Ukraynada 1351 rus hәrbçisinin öldüyünü açıqlamışdı.
Qeyd edək ki, Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.