ABŞ-ın ilk prezidentinin evi hərraca çıxarılacaq

22 İyul 2022 03:37 (UTC+04:00)

Amerikanın ilk prezidenti Corc Vaşinqtonun ailə üzvlərinə məxsus olan mülk ABŞ-da hərracda satılmağa qərar verilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Mansion Global” yayıb.

Qeyd edək ki, mülk Virciniyada yerləşir yerləşir və 166 hektardan çox ərazisi olan Tarixi Yerlərin Milli Reyestrində də qeyd edilib.

Onu da bildirək ki, mülk bir vaxtlar Corc Vaşinqtonun əmisi oğlu Uorner Vaşinqtona məxsus idi. Qeyd olunur ki, ABŞ-ın ilk prezidentinin özü mülkə çox vaxt sərf edib.

Mülkiyyətə dörd yataq otağı olan əsas ev, tam bərpa edilmiş üç yataq otağı daş ev və eyni sayda yataq otağı olan bir ferma evi daxildir. Əmlak əvvəllər təsərrüfat kimi istifadə edilib və həmçinin istirahət və tədbirlər üçün icarəyə verilib. Hazırda mülk 2014-cü ildə 4,3 milyon dollara satın alan iş adamı Brent Merkeyə məxsusdur.

Hazırda sahibi mülkü dörd milyona satmağı planlaşdırır.

Səkkiz il ərzində Merke hovuz kompleksinin təmiri, tennis kortu tikintisi və yolların salınması da daxil olmaqla mülkdə təmir işləri aparıb. Evlərdə otaqlar işıqlıdır, genişdir və hündür tavanlıdır. Ev sahibinin sözlərinə görə, binaların içərisində kondisionerlər, müasir mətbəx, elektrik və santexnika kommunikasiyaları var. Bununla belə mülkdə tarixi detallar da qorunub saxlanılıb, yəni dekorasiya demək olar ki, dəyişməz qalıb.

Ağasəf Babayev