ÜST-nın Baş direktoru Covid-19-la bağlı bәyanat verib

21 İyul 2022 23:19 (UTC+04:00)

Dünyada yeni növ koronavirus (Covid-19) epidemiyasına yoluxanların sayında artım müşahidә olunduğu üçün qarşıdakı hәftәlәrdә etidemiyadan ölәnlәrin sayının arta bilәcәyi ilә bağlı xәbәrdarlıq edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında yeni növ koronavirusla bağlı son vәziyyәti qiymәtlәndirib.

Son altı hәftәdә yeni növ koronavirusa yoluxanların sayının iki dәfә artdığını vurğulayan Qebreyesus deyib: ‘‘Covid-19-a yoluxanların sayında artım müşahidә olunub. Bu o demәkdir ki, qarşıdakı hәftәlәrdә virusdan ölәnlәrin sayı vә bu sәbәbdәn xәstәxanaya yerlәşdirilәnlәrin sayı arta bilәr’’.

Covid-19-un yeni ştamının әvvәlkilәrdәn daha güclü və təsirli olacağını vurğulayan Qebreyesus deyib: "Bütün ölkələr hazır olmalıdır. Epidemiya ilə mübarizə imkanlarını azaldan ölkələr ciddi risk altındadır’’.

Ümumdünya Sәhiyyә Tәşkilatının Baş direktoru hәmçinin deyib: "Xəstəxanalar hələ dolu olmasa da, indi bütün ölkələrin virusa nəzarət, toxunulmazlıq, işçi qüvvəsi, təchizat və davamlılıqdakı boşluqları doldurmasının vaxtıdır’’.