Tədbir çərçivəsində Göremedəki festival ərazisində hava şarları rəngli görüntülər yaradıb.
SİA-nın əldə etdiyi məlumata görə, festival üçün Türkiyədən başqa İngiltərə, Belçika, Hollandiya, Lüksemburq, İsveçrə, Almaniya, Çexiya, Braziliya, İspaniya, Şimali Makedoniya və Sloveniyadan olan şar pilotları da səmaya qalxaraq pəri bacaları və təbii qaya birləşmələri ilə örtülmüş dərələrin üzərindən uçublar.
Bu il üçüncü dəfə təşkil edilən Festival iyulun 24-dək günəş doğanda uçuş tədbirləri və axşamlar konsert proqramları ilə davam edəcək.