Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən "Gənc Liderlər üçün Yay Universiteti"nin üçüncü günü müxtəlif təlimlər və panel müzakirələr ilə davam edib. SİA xəbər verir ki, panel və təlimlərdən ibarət olan görüşlərdə iştirak edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Azərbaycanda vətəndaş cəmiyyəti: reallıqlar, perspektivlər”, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının vitse-prezidenti Pərvin Şərifov “Uğurun açarı”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rövşən Nəcəfov “Səhvlər və təcrübələrin gələcək üçün inşa etdiyi körpü”, Bank VTB (Azərbaycan) ASC-nin Tərəfdaşlarla iş şöbəsinin müdiri Rasim Xammədov "Maliyyə bazarlarında rəqəmsallaşma tendensiyaları və innovasiyanın tətbiqi” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.