“Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” adlı konfrans keçirilib - YENİLƏNİR - FOTOLAR

21 İyul 2022 15:22 (UTC+04:00)

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” adlı konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, bir sıra baş redaktorlar, Milli Məclisin deputatları Sevil Mikayılova və Zahid Oruc və media nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Himni səsləndirilib. Daha sonra isə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 22 iyul - Milli Mətbuat Günü ərəfəsində tədbirlərimiz davam edir.

Arzu Qurbanlı