Koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir - Səhiyyə Nazirliyi

20 İyul 2022 15:18 (UTC+04:00)

Dünyada və Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir.

SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, son statistik rəqəmlərə əsasən, Azərbaycanda da koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir: "Bu, gözlənilən haldır. Biz hər zaman bildirirdik ki, yayın sonu və payızda yoluxmalar nisbətən artacaq. Deyilənlərə əməl etmək lazımdır ki, bu dalğanı da az itkilərlə dəf edə bilək".