Mətbuat Şurası ölkə jurnalistlərinə müraciət ünvanlayacaq

20 İyul 2022 12:36 (UTC+04:00)

“Sosial problemlər, yoxsulluq insanları intihara aparır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, intihar hadisəsi konkret hadisədir və bütün dünyada baş verir: "Biz necə edə bilərik ki, bu hadisələr azalsın? Müzakirələr aparacağıq və sonda ölkə jurnalistlərinə müraciət ünvanlayacağıq".