Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

19 İyul 2022 16:44 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 342 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 527, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 175, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 382, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 258 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 793 947, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 362 122, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 356, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 323 740, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 251 729 nəfər təşkil edir.