Rusiyadan Azərbaycana pul gətirən qadın saxlanılıb

19 İyul 2022 15:32 (UTC+04:00)

Rusiyanın Tümen şəhərinin “Roşino” hava limanının gömrükçüləri bəyan edilməmiş pulu ölkədən çıxarmağa cəhd edən qadını saxlayıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, qadın Tümen-Bakı reysi üzrə qeydiyyatdan keçib və “yaşıl dəhliz"də saxlanılıb.

Onun Azərbaycana 1,26 milyon rubl məbləğində nağd pul aparmaq istədiyi məlum olub.

Gömrük nəzarəti başa çatdıqdan sonra qadına 10 min ABŞ dolları ekvivalentində 585 min rubl qaytarılıb, qalan məbləğ isə müsadirə edilib.