Turist 18 saat açıq dənizdə qalıb

18 İyul 2022 06:08 (UTC+04:00)

Şimali Makedoniyadan olan turist Yunanıstan sahillərində açıq dənizdə demək olar ki, bir gün keçirib.

Bütün bu müddət ərzində o, şişirdilmiş bir top üzərində dayanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yerli “İefimerida” qəzeti məlumat yayıb.

Beləliklə, İvan adlı bir makedoniyalı dostları ilə dənizə dincəlməyə gəlib. Qeyd edək ki,o, Kassandra yarımadasında tətildə olub. Dostları ilə üzməyə gedən İvanı dənizin axın açıq dənizə aparıb.

Belə ki, onun yenidən sahilə üzmək cəhdləri uğursuz alınıb. Ancaq təsadüfən yanından uçan bir topu tuta bilib.

Onunla üzən dostlar təcili yardıma müraciət ediblər. 18 saat ərzində İvan helikopterlə axtarılaraq xilas edilib.

Sonradan məlum olub ki, onun həyatını xilas edən topu 10 gün əvvəl uşaqlar itirib.

Bundan əvvəl ABŞ-dan olan turistin Vezuvi çayının ağzına düşərək sağ qaldığı bildirilirdi.

Ağasəf Babayev