Orbitə bir dəfəyə 53 peyk qaldırıldı

18 İyul 2022 03:33 (UTC+04:00)

ABŞ-ın “SpaceX” şirkəti internet xidmətini təkmilləşdirmək üçün yerətrafı orbitə 53 mini peyk qaldırıb.

SİA-nın əldə etdiyi məlumata görə, buraxılış ABŞ-ın Florida ştatındakı Kanaveral burnundan həyata keçirilib. “Falcon-9” raketinin startından 15 dəqiqə sonra şirkət peyklərin orbitdə yer aldığını bildirib.

“SpaceX” şirkəti “Starlink” internet şəbəkəsi üçün son 3 ildə 2600-dən çox peyki orbitə qaldırıb.