Qərb kinostudiyalarının öz filmlərini və cizgi filmlərini Rusiyaya satmaqdan imtina etməsi fonunda Şərqdə istehsal olunan lentlər rekordlar qırır. Belə ki, hazırda Rusiya prokatında liderlərdən biri də İran istehsalı olan “Delfin oğlan” cizgi filmidir.
İRNA-nın məlumatına görə, “Delfin oğlan” Rusiyada nümayiş olunduğu ilk iki həftədə ikinci yeri tutub. Ümumilikdə, hazırda o, Rusiya kinoteatrlarında 1,8 milyon dollar qazanıb.
SİA-nın əldə etdiyi məlumata görə, “Delfin oğlan” filminin rejissoru Məhəmməd Heyrandiş və Məhəmməd Əmin Həmədanidir.
Ağasəf Babayev