Bakıda Ağac Emalı Zavodunun ərazisində yanğın olub

17 İyul 2022 18:36 (UTC+04:00)

Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində 900 kvadratmetr sahədə məişət tullantıları və yarasız təkərlər, 3 ədəd ağac və yaxınlıqda ümumi sahəsi 8 kvadratmetr olan külafirənginin yanar konstruksiyaları yanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yaxınlıqdakı evlər və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.