Böyük Britaniyanın xarici işlər naziri Liz Truss tərəfindən təklif edildiyi kimi, Türkiyə qaçqın düşərgəsinə çevrilməyəcək və üçüncü ölkələrin beynəlxalq öhdəliklərini üzərinə götürməyəcək.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Taycu Bilgiç bildirib.
Onun sözlərinə görə, son səkkiz ildə ən çox qaçqını qəbul edən Türkiyənin sığınacaq hüququ ilə bağlı beynəlxalq normalara uyğun gəlməyən yanaşmada yer almasından söhbət gedə bilməz. “Türkiyə heç bir ölkə üçün qaçqın düşərgəsi olmayacaq və heç bir halda üçüncü ölkələrin beynəlxalq öhdəliklərini üzərinə götürməyəcək”.
Bunu Taycu Bilgiç bildirib.
Nazirliyin rəsmi nümayəndəsi onu da əlavə edib ki, Türkiyə öz mövqeyini 2021-ci ildə Əfqanıstandan olan qaçqınlarla bağlı oxşar xəbərlərdən sonra səsləndirib.
O, həmçinin qeyd edib ki, Ankara bütün ölkələri beynəlxalq öhdəliklərə əməl etməyə və miqrasiya ilə bağlı eyni dərəcədə məsuliyyət daşımağa çağırır.
Ağasəf Babayev