“Ferrari”nin qurucusu barədə serial çəkiləcək

16 İyul 2022 06:25 (UTC+04:00)

Amerikanın “Apple TV+” şirkəti məşhur italyan pilot və “Ferrari”nin qurucusu Enzo Ferrariyə həsr olunmuş serial çəkməyi planlaşdırır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Peaky Blinders”in yaradıcısı Stiven Nayt və rejissor Stefano Sollima çəkilişlərə dəvət alıblar. Serialın prodüseri Paolo Sorrentino və Lorenzo Mielidir.

Çəkilişlərdə Enzonun həyatının beş ilinin əks olunduğu “Ferrari Reks” kitabının motivlərindən istifadə olunacaq.