Məlum oldu...

16 İyul 2022 05:56 (UTC+04:00)

“Roskosmos” hərbi sahənin inkişafı ilə bağlı vəzifələrə uyğunlaşmalıdır. Korporasiyanın keçmiş rəhbəri Dmitri Roqozin böhran şəraitində bu missiyanın öhdəsindən gələ bilmirdi, ona görə də onu baş nazirin keçmiş müavini Yuri Borisovla əvəzləmək qərara alınıb.

SİA xəbər verir ki, “Arqumentı i faktı” qəzetinin məlumatına görə, bu fikri Roqozinin tanışı, politoloq Konstantin Kalaçev deyib.

Kalaçev, “Roskosmos”un keçmiş rəhbərinin "sovet irsindən mükəmməl şəkildə istifadə etdiyini" önə çəkərək, lakin indi korporasiyanın başqa məqsədləri olduğunu bildirir.

“Bizə yeni ideyalar, problemləri minimum xərclə həll edəcək yeni insanlar lazımdır. Roqozin həmişə deyirdi ki, problem puldadır. Daha çox pul verin - nəticələr olacaq”.

O, əlavə edib ki, Roqozin özünü “əla PR adamı, lakin texniki mütəxəssis deyil” kimi sübut edib.

...Politoloq əmin olduğunu bildirib ki, Yuri Borisov indiki şəraitdə “Roskosmos” rəhbəri vəzifəsinə daha uyğun namizəddir. O, hesab edir ki, Borisov təkcə Rusiya kosmonavtikası üçün PR ilə məşğul olmayacaq, həm də bu sahədə real problemləri daha az xərclə həll edə biləcək.

Ağasəf Babayev