Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq İlqar Fəhminin "Qanlı namə" pyesi əsasında hazırlanan teatr tamaşası baş tutacaq. SİA-nın məlumatına görə, tarixi faktlara əsaslanan tamaşa, sujet xətti yazıçı təxəyyülünün məhsuludur. Tamaşa 42 il Səfəvi hökümdarı olmuş, birinci Şah Abbasın hakimiyyətə gəlməsini və ilk 7 illini əhatə edir. Uşaq ikən anası gözü qarşısında öldürülən Abbas, Səfəvi hakimiyyətə gələndən sonra anasının qisasını almağı qarşısına məqsəd qoyur. Şah Abbas məqsədinə çatmaq üçün əlindən gələni edir. Daha sonra Hakimiyyəti qisas hissi ilə idarə etməyin qeri-mümkünlüyünü dərk edən Şah Abbas belə davam edəcəyi təqdirdə hökümdar kimi nifuzunu itirəcəyini anlayır. Ona əzab verən keçmişindən xilas olmaq üçün öz-özü ilə mübarizə aparır.
Tamaşa tarixi, psixoloji, dram janrındadır. Tamaşanın quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadiqov, Musiqi tərtibatı Fərahim Fərəcov, rejissor asissenti Günel Abbaszadədir.
Rolları ifa edirlər: Xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, artislərdən Emil Tağı Rzayev, Miraslan Ağayev, Sayad Əliyev, Əlibala Əskərov, Allahverən Babayev, Gülər Kərimli, Rauf Zeynalov, Arif Xaliqverdiyev.
Müəllif: Havar Şəfiyeva