Argentinanın Buenos-Ayres şəhərində bir hakim çoxşaxəli ailənin bir uşağın iki atasını və bir anasını qeydiyyata almaq hüququnu tanıyıb və müvafiq olaraq qeydiyyata alınmasına icazə verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “MercoPress” məlumat yayıb.
İki kişi bir neçə il birlikdə yaşayıb və uşaq sahibi olmaq istəyiblər, lakin onu övladlığa götürmək və surroqat ananın xidmətindən istifadə etmək istəməyiblər. Onlara övlad sahibi olmaq istəyən və süni mayalanmaya razılıq verən qadınla ailə həyatı qurmağı tövsiyə ediblər.
Kişilər uyğun namizəd axtarmaq üçün internet saytı yaradıblar. Qadın tapıldıqdan sonra məhkəməyə müraciət ediblər. Hökumət qurumlarının etirazlarına baxmayaraq, hakim Miriam Kataldi qanunda konkret ailə modelinin müəyyən edilmədiyinə qərar verib.
Cataldi etiraf edib ki, uşaq köməkçi reproduktiv texnologiya vasitəsilə dünyaya gəlib və üç valideynə malik olduğuna görə qeydiyyatda ayrı-seçkiliyə məruz qalmamalıdır. “Reallıq hər gün bizə göstərir ki, hər ailənin anası və ya atası yoxdur, baxmayaraq ki, bu, ailələrin övladlarının lazımi həyat keyfiyyətini və inkişafını təmin etməyə mane olmur”, - deyə hakim bildirib.
Bundan əvvəl 26 yaşlı amerikalı Annanın 4 ildir evli olduğu, həm də sevgilisi və məşuqəsi olduğu bildirilirdi. O, bütün partnyorlarının dost olduğunu və bir-biri ilə yaxşı yola getdiyini, lakin onların bir-birləri ilə nə fiziki, nə də romantik münasibəti olmadığını iddia edir.
Ağasəf Babayev