Metroda sərnişinin halı pisləşib

14 İyul 2022 20:56 (UTC+04:00)

"Elmlər Akademiyası" stansiyasına orta yaşlı bir sərnişin epilepsiya ( qıcolma) ilə qatardan düşürülüb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dərhal təcili tibbi yardım dəvət olunub. Sərnişinə ilkin yardım göstərilib.

Tibbi yardım göstərilib və sərnişin öz yoluna davam edib.