“Azərbaycan – mədəni müxtəlifliyin məkanı” adlı videolayihəyə start verilir

13 İyul 2022 19:40 (UTC+04:00)

Mədəniyyət Nazirliyi tarixən vətənimizdə əl-ələ, çiyin-çiyinə yaşayan xalqların yaratdıqları əsrarəngiz memarlıq nümunələri, zəngin mədəniyyətimizin carçısı olan abidələrimiz, dini məbədlərimiz haqqında ətraflı məlumatın təqdim olunacağı “Azərbaycan – mədəni müxtəlifliyin məkanı” adlı videolayihəyə start verir.

Çoxşaxəli mədəni irsinə, rəngarəng folkloruna daim sahib çıxan Azərbaycan xalqının qərinələr boyu nəslillərdən-nəsillərə ötürdüyü daş salnəməsinə həsr olunmuş videoçarxlar mütəmadi olaraq Mədəniyyət Nazirliyinin sosial media hesablarında paylaşılacaq.

Layihənin ilk paylaşımı Azıx mağarası tarixi yaşayış məskəninə həsr olunur. Videoçarxda Azıx mağarasının elmi, mədəni, tarixi, coğrafi, arxeoloji əhəmiyyəti barədə məlumatlar Azərbaycan və ingillis dillərində qeyd edilib. Bu çoxtəbəqəli abidə dünyada sayı az olan qədim mağara tipli insan düşərgələrindəndir.