Dünyada koronavirusa yoluxanların sayı 6 faiz artıb - ÜST

14 İyul 2022 14:34 (UTC+04:00)

Son bir həftə ərzində dünyada koronavirusa yoluxanların sayı 6 faiz artıb.

SİA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Bu müddət ərzində yoluxmalarda ən çox artım Sakit okean regionunda (28 faiz) və Şərqi Aralıq dənizi regionunda (25 faiz) qeydə alınıb.

İyulun 4-ü və 10-u arasında dünyada 5,7 milyon nəfər COVID-19-a yoluxub. Eyni zamanda, ötən həftə ərzində 9,8 min nəfər vəfat edib.

Bu günədək dünyada koronavirusa yoluxanların sayı 553 milyon nəfəri, ölənlərin sayı 6,3 milyon nəfəri ötüb.