Estoniyanın Baş naziri istefa verib

14 İyul 2022 11:45 (UTC+04:00)

Estoniyanın Baş naziri Kaja Kallas istefa verib. SİA TASS-a istinadən xəbər verir ki, Kaja Kallas istefası barədə özü açıqlama yayıb.

Xatırladaq ki, o, 2021-ci ildən bu vəzifəni icra edirdi. Kaja Kallas Estoniyanın 19-cu baş naziri idi.

Qeyd edək ki, onunla birlikdə hökumətin bütün üzvlərinin istefaya getdiyi bildirilir.