Ümumdünya Sәhiyyә Tәşkilatı dünya miqyasında meymunçiçəyi virusunun yayılmağa davam etdiyini və 10 minә yaxın insanın virusa yoluxduğunu açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahında keçirilən mətbuat konfransında meymunçiçәyi epidemiyası ilə bağlı son vəziyyəti qiymәtlәndirib.
Qebreyesus virusun endemik və qeyri-endemik olduğu 63 ölkədə 9 200 yoluxma halının qeydә alındığını bildirib. O, virusdan ölәnlәrin sayında dәyişiklik olmadığını qeyd edib.
Qebreyesus virus səbəbindәn fövqəladə vəziyyət elan edilməsi ehtimalı ilə əlaqədar deyib: "Fövqəladə Hallar Komitəsi gələn həftə vәziyyәti qiymәtlәndirmәk və virusla mübarizə üsullarının effektivliyini müzakirә etmәk üçün iclas keçirәcәk. Ölkələrin bununla necə mübarizə aparmalı olduqları ilə bağlı məsləhətlər veriləcək".
Ümumdünya Sәhiyyә Tәşkilatının meymunçiçəyinə qarşı peyvəndlərin hazırlanması və yayılması ilə bağlı müvafiq ölkələrlə danışıqlara başladığını vurğulayan Qebreyesus deyib: "ÜST epidemiya ilə bağlı əlavə araşdırmalar üçün müxtəlif ölkələr və mütəxəssislərlə danışıqları davam etdirir".