İranda qaz yatağı kompleksində yanğın baş verib

13 İyul 2022 23:40 (UTC+04:00)

İranda Əsaluyə qaz yatağı kompleksində yanğın baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, yanğın üçüncü emal zavodunda günün ikinci yarısında qeydə alınıb.

Hadisəyə qaz partlaması səbəb olub.

Partlayış və yanğın nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün Şiraz şəhərində xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti kritikdir.