Fәlәstindәki aztәminatlı ailәlәrә qurban әti paylanıb

13 İyul 2022 22:44 (UTC+04:00)

Türkiyә Qızıl Aypara Cәmiyyәti Fәlәstindәki 13 min 216 aztәminatlı ailәyә qurban әti paylayıb.

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Fələstinin müxtәlif bölgәlәrindә 150 ​​iribuynuzlu heyvan kəsən Türkiyә Qızıl Ayparası Cәmiyyәti Qurban bayramında İsrailin blokadası altında olan Qəzza zolağındakı 9 150 ailəyə, işğal altındakı İordan çayının qərb sahilindəki 3 min 66 ailəyə və Qüdsdə yaşayan 1000 ailəyə qurban əti paylayıb.