Bu gün Sadir Məmmədovun “Qarabağ: mif və həqiqət” kitabının təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Nizami Cəfərov, Ramil Həsən, Arzu Nağıyev, qələm adamları və ziyalılar iştirak edib.
Kitabda Azərbaycanın əzəli-əbədi ərazisi, Qarabağın tarixi-coğrafi mövqeyi, Qarabağ ərazisində yaşamış tayfalar, onların mədəni-ədəbi abidələri, ermənilərin Qarabağda, eləcə də tarixi Azərbaycan torpağı olan Zəngəzurda məskunlaşması, onların türk torpaqlarında dövlət qurmaq cəhdləri, erməni uydurmalarının ifşası, qədim erməni dili ilə bağlı həqiqəti əks etdirməyən iddiaları, Qarabağda erməni cinayətləri, Qarabağ probleminin həllini əyaniləşdirən Azərbaycan dövlətinin siyasi mövqeyi və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusunun 44 günluk Vətən Müharibəsində qazandığı Şanlı Zəfərimiz şərh edilir.
Kitab universitet tələbələri, magistrantlar, doktorantlar, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.