2022-ci ilin birinci yarısında Bermudanın paytaxtı - Hamilton yaşayış minimumuna görə şəhərlər reytinqində birinci yeri tutub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, araşdırmanın nəticələri “Numbeo” saytında dərc olunub.
Ən bahalı şəhərlər siyahısında ikinci yerdə Bazel, üçüncü yerdə Sürix qərarlaşıb. İlk onluğa həmçinin Zuq, Lozanna, Bern, Cenevrə, Honolulu, Santa Barbara və Nyu-York daxildir.
Ümumilikdə siyahıda 510 şəhər yer alıb. Reytinqdə Sankt-Peterburq 279-cu, Moskva isə 287-ci yerdə qərarlaşıb. Rusiyanın şəhərləri arasında Kazan (300-cü yer), Novosibirsk (301-ci), Krasnodar (313-cü), Nijni Novqorod (316-cı) və Rostov-na-Donu (345) da var.
2021-ci ilin dekabrında Expat Insider analitikləri əcnəbilərin yaşaması və işləməsi üçün dünyanın ən yaxşı şəhərlərini sıralayıb. Bu siyahıda ilk sıraları Kuala Lumpur (Malayziya), Malaga (İspaniya), Dubay (Birləşmiş Ərəb Əmirlikləri), Sidney (Avstraliya) və Sinqapur tutub.
Ağasəf Babayev