Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son iki həftədə dünyada yeni növ koronavirusa (Covid-19) yoluxma hallarının 30 faiz artdığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında çıxış edən ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Covid-19 epidemiyası ilə bağlı son vәziyyәti qiymәtlәndirib.
Qebreyesus bildirib ki, son həftələrdə ÜST-nin 6 regionundan dördündə yoluxma hallarında artım müşahidə olunub. Qebriyesus son iki həftədə dünyada yeni növ koronavirusa (Covid-19) yoluxma hallarının 30 faiz artdığını bildirib.
Bununla bağlı qlobal vә milli addımlar atılmasının vacibliyini vurğulayan Qebriyesus deyib: "Dövlәtlәr, alimlәr, peyvənd istehsalçıları, Ümumdünya Sәhiyyә Tәşkilatı və vətəndaşlar üzərinə düşəni etməlidirlər’’