Rusiyanın Xalq artisti Mixail Kaplan vəfat edib

7 İyul 2022 22:00 (UTC+04:00)

Rusiyanın Xalq artisti Mixail Kaplan 89 yaşında vəfat edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Penza Regional Dram Teatrının rəsmi saytı məlumat yayıb. Bildirilib ki, aktyor ağır xəstəlikdən sonra iyulun 7-də dünyasını dəyişib.

O, son illərini İsraildə keçirib və orada müalicə alıb.

Qeyd edək ki, Kaplan “İş yoldaşları”nda Novoseltsev, “Meşə”də Şastlivtsev, “Usta və Marqarita”da Begemot, “Albalı bağında” tamaşasında canlandırdığı Firs obrazı ilə tanınıb.