İsraillə Türkiyə arasında aviasiya sazişi imzalanıb

7 İyul 2022 21:39 (UTC+04:00)

İsraillə Türkiyə arasında 1951-ci ildən bəri ilk dəfə olaraq yeni ikitərəfli aviasiya sazişi imzalanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bildirilir ki, İsrailin nəqliyyat naziri imzalanan müqaviləni tarixi saziş adlandırıb.

Xatırladaq ki, 2022-ci ilin cari dövründə Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində çox mühüm addımlar atılıb. 2007-ci ildən Türkiyəyə uçuşları dayandıran İsrail aviadaşıyıcılarının aviasiya əlaqələrinə qoşulması mühüm hadisə kimi xarakterizə edilir. Tərəflər münasibətlərin normallaşmasının bölgə üçün böyük əhəmiyyət daşıyacağını ifadə edirlər.