Azərbaycanlı futbolçu "Arsenal"a keçib

7 İyul 2022 18:00 (UTC+04:00)

Rusiyanın "SKA-Xabarovsk" komandasının əslən azərbaycanlı futbolçusu Kamran Əliyev "Arsenal"a keçib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumameylli yarımmüdafiəçi Tula təmsilçisi ilə müqavilə imzalayıb. Transferin detalları açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan millisində oynamağa namizəd olan Kamran Əliyev "Ximki"nin yetirməsidir. O, son 2 mövsümü "SKA-Xabarovsk"da keçirib. Forvard 28 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.