Yanacaq doldurma məntəqələrində benzin niyə yoxa çıxıb? - İQTİSADÇI AÇIQLADI

7 İyul 2022 17:20 (UTC+04:00)

"Ölkədə yanacaq təchizatını həyata keçirən qurumların bu və ya digər formada bilavasitə məhsulu olan subyektlərin açıqlamalarında birmənalı olaraq qeyd olunur ki, ümumiyyətlə yanacaqla bağlı problem yoxdur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, amma müşahidələr və real mənzərə onu göstərir ki, ayrı-ayrı rayonlarda bəzi hallarda müəyyən yanacaq növlərinin satışı ilə bağlı bəzi məhdudiyyətlər, müəyyən yanacaq növlərinin olmaması ilə bağlı bildirişlər məlumatlar daxil olur: "Bu da təbii ki, əbəs yerə deyil. Düşünürəm ki, bu problem təkcə təchizatla bağlı olan problemdən qaynaqlanır. Çünki digər rayonlarda varsa, o birilərində yanacaq yoxdursa, bu təchizatla bağlı problemdir. Amma hər hansı bir ciddi şəkildə yanacaq qıtlığının olacağını düşünmürəm”.

Arzu Qurbanlı