30 bağça müdiri vəzifəsindən azad edilib

7 İyul 2022 16:41 (UTC+04:00)

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.

Nazirlikdən SİA-ya verilən məlumata görə, aparılan monitorinqlər nəticəsində çalışmanın yaş həddinə çatmış 30 müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib.

Həmçinin, qeyd edilir ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.