Boris Conson bu gün istefa verəcək - KİV

7 İyul 2022 12:38 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

O, payızadək Baş nazirin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, son günlər Böyük Britaniyada siyasi böhran yaranıb. Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi hökumət başçısı B.Consonu siyasi təşkilatın fəlsəfəsi və dəyərlərini risk altında qoymaqda günahlandırırlar. Britaniya hökumətinin üçdəbir hissəsi buna etiraz olaraq istefa verib.