Ağdam rayonunda qanvermə aksiyası keçirilib ŞƏRH

7 İyul 2022 12:33 (UTC+04:00)

Ağdam rayonunda Mərkəzi Qan Bankı, Ağdam rayon icra hakimiyyəti, YAP Ağdam rayon təşkilatı və "MKT İK" MMC- nin Ağdam filialının birgə təşkilatşlığı ilə "MKT İK" MMC-nin Ağdam filialında talassemiyalı uşaqlar üçün qanvermə aksiyası həyata keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, rayon icra hakimiyyətinin əməkdaşları, Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları, idarə və müəssisə rəhbərləri iştirak ediblər. Qanvermə aksiyasına rayonun ictimaiyyət nümayəndələri, könüllülər qoşularaq dəstək veriblər və yaxından iştirak ediblər.

Zümrüd Bayramova