Bakıda bu yolda təmirə görə sıxlıq var - FOTO

7 İyul 2022 12:04 (UTC+04:00)

Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə bildirilib.

Qeyd olunub ki, Abdulvahab Salamzadə küçəsində Ziya Bünyadov prospekti istiqamətində təmir işləri aparılır. Bu səbəbdən Qələbə dairəsindən başlayaraq, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.